Sumqayıt sakinləri qorxu içində: “Hər an xəsarət ala bilərik!” – VİDEO

Sumqayıt sakinləri qorxu içində: "Hər an xəsarət ala bilərik!" - VİDEO

Sumqayıt şəhər, Mehdi Hüseynzadə küçəsi, Sumqayıt Dövlət Texniki Kollecinin həyətindəki irigövdəli ağac ətrafda yerləşən fərdi yaşayış evləri üçün təhlükə yaradır.

Globalinfo.az-ın sözlərinə görə, sakinlər bildiriblər ki, 70-ə yaxın yaşı olan bu ağacın zaman-zaman budaqları qopur və yerə düşür.

“Neçə illərdir burada yaşayıram. Bu ağac əvvəldən belə vəziyyətdədir. Hər an aşma təhlükəsi var. Ölçü götürən yoxdur. Müraciət edəndə də deyirlər ki, gəlib baxacağıq”, – deyə sakin söyləyib.

Daha ətraflı Baku TV-nin materialında: