
“Azərbaycan Dəmir Yolları” QSC Sumqayıt-Bakı qatarının gecikməsinə münasibət bildirib.
Qurumdan Globalinfo.az-a verilən məlumata görə, buna səbəb güclü külək əsməsi nəticəsində cərəyan qabuledici naqillərin zədələnməsidir.
Odur ki, qatarların hərəkət qrafikində cüzi kənara çıxma halları (6-8 dəqiqə) qeydə alınıb.
X X X
Bu gün saat 07:35-də Sumqayıtdan Bakıya hərəkət etməli olan sürətli sərnişin qatarı 17 dəqiqə gec – saat 07:52-də yola düşüb.
Globalinfo.az bildirir ki, bu barədə “Report”a sərnişinlər məlumat verib.
Bundan başqa, onların sözlərinə görə, saat 07:45-də yola düşməli olan Sumqayıt-Bakı ekspress qatarı saat 08:01-də yola çıxıb.
Gecikmənin səbəbi hələ ki, məlum deyil.














