1660298849 bc2d1c12 fc19 3059 878d 8734ceab9b32 850

“Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətində baş verən qəzada Rusiya Federasiyasının sərhədçiləri arasında itki və xəsarət alan yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin Sərhəd Xidməti məlumat yayıb.

FTX yanan “Kamaz”ın Gümrüdəki 102-ci bazaya aid olması iddiasını təkzib edib.

***

“Ermənistanın Sünik vilayətində (Zəngəzur – red.) Rusiya hərbçilərinə məxsus “Kamaz” markalı avtomobildə yanğın baş verib”. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün səhər radələrində İrəvan-Mehri avtomobil yolunun Sisian-Spandaryan hissəsində silah-sursatla dolu “Kamaz” yanıb.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Polis avtomobilin sürücüsü və yaralanan şəxsin kimliyini müəyyənləşdirməyə çalışır.

Təhlükəsizlik səbəbi ilə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Erməni mediası hadisənin müəmmalı olduğunu yazıb.

screenshot 24 thumb.thumb

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: