Dekabrın 30-da yoxa çıxan Rəşadın meyiti tapıldı – FOTO

Dekabrın 30-da Yevlax rayonunda avtomobili ilə itkin düşən şəxsin meyiti tapılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, dünən saat 12 radələrində 01.01.1983-cü il təvəllüdlü, Yevlax rayon Hacıselli kənd sakini Kərimov Rəşad Rafiq oğlunun meyiti Yuxarı Şirvan Kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində aşkar edilib.

Qeyd edək ki, R.Kərimov 1 aydan çox idi itkin düşmüşdü. İtkin düşəndən sonra onun idarə etdiyi “Niva” markalı avtomobil kanalın yaxınlığında tapılıb. Belə ki, onun avtomobili saz vəziyyətdə rayonun Xanabən kəndi yaxınlığında Şirvan kanalının sahilində meşəlik ərazidə aşkar edilib. Avtomobildə hər hansı qeyri-adi iz tapılmayıb. Yaxınları Rəşadın balıq tutmaqla məşğul olmadığını, onun avtomobilinin hansı səbəbdən həmin əraziyə gedib çıxdığını bilmədiklərini deyiblər.

O da bildirilib ki, Rəşad Kərimov Yevlaxda göyərti əkib-becərilməsi ilə məşğul olub.

Malik

Globalinfo.az