Sülhməramlılar Qarabağda bu əraziləri tərk etdilər – Son məlumat

Sülhməramlıların Qarabağda 8 müşahidə məntəqəsi və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Globalinfo.az Publika.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi yayıb.

“Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirir ki, 2023-cü il sentyabrın 19-dan Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında 8 müşahidə məntəqəsi və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, – məlumatda deyilir.