Sülhməramlılar getdi: Osmanqızının sevinci gözündə qaldı – VİDEO

Uzun illərdir ABŞ-da yaşayan və oradan Azərbaycanın milli maraqlarına zidd olan çıxışlar edən jurnalist Sevinc Osmanqızının “proqnozları” yenə özünü doğrultmadı.

O, 2023-cü ildə çıxışlarının birində deyib ki, 2025-ci ildə Rusiya sülhməramlıları Qarabağdan çıxmayacaq. S.Osmanqızı bildirib ki, Rusiya qoşunları Moldovadan, Ermənistan, Gürcüstandan çıxacaq, amma Azərbaycandan çıxması mümkün olmayacaq. O deyib ki, əgər ruslar Qarabağdan çıxsa, İlham Əliyevə “bravo”, “Müzəffər” deyəcək.

Budur, Rusiya hərbi kontingenti Azərbaycanı tərk edir. S.Osmanqızının sözünü tutmaq vaxtı gəlib. Çıxıb efirdən İlham Əliyevə Müzəffər ali Baş Komandan desin.

Azərbaycana, millətə düşmənçilik edənlər növbəti dəfə yanıldıqlarının fərqindədirlər. İlham Əliyevi Qarabağı ruslara satmaqda suçlayanlar, Azərbaycan dövlətinə şərt atanlar, Qərbdən ölkəmizə kin qusanlar, nəhəng qələbəni gözdən salmağa çalışanlar mənəvi, psixoloji və siyasi baxımdan darmadağın edildi. Onlar da seperatizmlə məşğuldurlar. Amerikada, Avropa ölkələrində erməni lobbisinin maraq və mənafelərinə xidmət göstərirlər. Guya hakimiyyətə müxalifdədirlər. Amma Azərbaycana xəyanət və düşmənçilik yolu tutublar.

Hətta milli maraqlar naminə həmrəy ola bilməyən Sevinc Osmanqızı, Əli Kərimli və digər bu kimi şəxslərin sərgilədiyi mövqe onların əsl simasını çoxdan ortaya qoyub. Vətən müharibəsində düşmən tərəfə keçən bu xain dəstə Qarabağın işğalından azad olunmayacağını, erməni separatçılarının Xankəndidən çıxarılmayacağını, ümumiyyətlə, qondarma rejimin məhv edilməyəcəyini deyirdi. İctimai rəyi çaşdırırdılar. Ermənilərdən artıq erməni olmuşdular. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd işğaldan azad edildikdən sonra səsləri batmışdı. Əsas “arqumentləri” Qarabağdakı Rusiya sülhməramlıları idi. O da əllərindən çıxdı.

Globalinfo.az Sevinc Osmanqızının məlum çıxışının videosunu təqdim edir.

Tahir Turan
Globalinfo.az