“Moskva o vaxt – Xocalı soyqırımından sonra bölgədə müharibənin genişlənəcəyi təhlükəsinə görə Qarabağdakı mənfur 366 hərbi briqadanı bölgədən çıxarmağa qərar verdi. O zaman hadisəni yerindəcə izləyən rusiyalı jurnalistlərdən biri hərbi briqadaya komandanlıq edənlərin və onların xanımlarının maşınlarında pul və zinət aşyaları daşımalarının şahidi olmuş və bunu qələmə almışdı”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Qarabağdakı rusiyalı hərbçilər iki yolla varlanırdılar:
“Birincisi, rusiyalı hərbçilər erməni separatçılarla birgə işğal etdikləri ərazilərdə azərbaycanlıların evlərini yağmalayırdılar.
İkincisi, separatçılar onlara verilən dəstəyə görə rusiyalı zabitlərə dünyadakı erməni lobbisindən aldıqları pullardan verirdilər.
Kim zəmanət verə bilər ki, erməni separatçıları yenə eyni taktikadan istifadə etmirlər? Separatçılar erməni lobbisindən aldıqları pulu rusiyalı hərbi kontingentin rəhbərliyi və zabitləri ilə bölüşür, Azərbaycana aid yataqların qanunsuz istismarından əldə edilən gəlirdən onlara pay verirlər.
Azərbaycanlı məmurların yataqlarda monitorinq aparmasına yaradılan əngəlin səbəblərindən biri də budur. Rusiya Ukraynada işğal ediyi ərazilərdə taxılı yağmaladığı kimi, hərbçiləri də Azərbaycan ərazisində yataqlarımızın qanunsuz istismarından qazanır”.
Turan Rzayev
Globalinfo.az














