Sülhməramlıların komandanı separatçıları danladı – “Ağdamda…”

Sülhməramlıların komandanı separatçıları danladı - "Ağdamda..."

“Hazırkı vəziyyət bir neçə gün əvvəl olduğu kimi ağırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Şuşanın işğalda olduğu dövrdə şəhərin “meri” olmuş Artsvik Sərkisyan danışıb.

O, separatçıların yaşadıqları ərazidə ərzağın həddən artıq baha olduğunu, ehtiyatların tükəndiyini bildirib. Əsas ərzaq məhsulları dəfələrlə bahalaşıb və imkanı olmayan şəxslər üçün bu məhsulları almaq çətinləşib.

Sülhməramlılarla Ağdamda keçirilən görüşdən də danışan A.Sərkisyan bildirib ki, aclıqda olan insan yalnız özü barədə düşünür. O, eyni zamanda sülhməramlıların komandanı Lentsovun “keçidi sizin Nikol bağlayıb” sözlərinə də münasibət bildirib:

“Açığı, yol hələ Nikolun açıqlamalarına qədər bağlı idi. Ola bilər, bu onların razılaşmasıdır, bilmirəm nə deyim. Mənə elə gəlir ki, Ağdamda biznesi belə aparırlar. Bilmirəm nə qədər doğru olar, ancaq ilk növbədə ac olan özü barədə düşünür”, – o qeyd edib.

Tahir Turan
Globalinfo.az