Sülh üzrə Nobel mükafatı Nərgiz Mühəmmədiyə verildi – FOTO

Sülh nominasiyası üzrə Nobel mükafatı əslən Zəncandan olan, Güney Azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Mühəmmədiyə verilib.

Globalinfo.az xəbər verir ki, Norveç Parlament Komitəsi tərəfindən təqdim olunan mükafatın qalibi bu gün açıqlanıb.

O bu mükafata İranda qadınların zülmünə qarşı mübarizəsinə və hamı üçün insan haqları və azadlığının təşviqi üçün apardığı mübarizəyə görə layiq görülüb.

Xatırladaq ki, 2022-ci il üzrə mükafat belaruslu insan haqları müdafiəçisi Ales Bialiatskiyə və Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbərlərinə təqdim edilib.

Nobel Sülh mükafatı Güney Azərbaycanlı hüquq müdafiəçisinə verilib