Sülh haqda 120 səhifəlik məxfi “sənəd” yayıldı – İrəvandan cavab

Ermənistanda sülh sazişi ilə bağlı 120 səhifəlik sənədin Baş nazir aparatından ictimaiyyətə sızdırıldığı haqda məlumatlar dolaşır. Hətta buna görə aparatda departament rəhbərlərindən birinin işdən çıxarıldığı da iddia edilir.

Globalinfo.az xəbər verir ki, Ermənistanın Baş nazir aparatının rəhbəri Araik Arutyunyan parlamentdə çıxışı zamanı bu xəbəri təkzib edib.

“Məlumat saxtadır, yalandır, absurddur”, – o bildirib.

Aparat rəhbəri ölkə gündəmini silkələyən anklavlar məsələsi ilə bağlı sualı da cavablandırıb:

“Mən Nikol Paşinyanla həmfikirəm, buna görə siyasi heyətdə yer almışam. Əks təqdirdə onlarla birlikdə olmazdım. Hazırda anklavlar barədə müxtəlif variantlar müzakirə olunur”.

Ayşən Mustafa
Globalinfo.az