Sülh şəhəri intriqa yuvasına çevrildi – Bakı məsafə saxlayacaq

Brüssel barış, anlaşma və sülh platformasından, intriqa və qlobal ədalətsizlik müstəvisinə keçir. ABŞ və Aİ Azərbaycana qarşı açıq fəaliyyətə keçir. Bölgəni qarışdırmaq üçün əllərindən gələni edirlər.

Azərbaycanın mövqeyi necə olacaq bəs? İndidən sonra təklif gəlsə, görüş təşkil olunsa, Brüssel masasında danışıqlarda iştirak edəcəkmi?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, son vaxtlar Aİ üzvü olan bir sıra ölkələrin Ermənistanı silahlandırması Azərbaycanı narahat edirdi:

“Xüsusilə Fransa və Yunanıstan aktiv şəkildə Ermənistana silah yardımı edir, bu ölkəni müharibəyə hazırlayır. 5 aprel görüşü isə vəziyyəti daha da qəlizləşdirdi. Məlum oldu ki, ABŞ və Aİ Ermənistanı silahlandırmağı planlaşdırır.

Görüş öncəsi rəsmi Bakının əldə etdiyi məlumatlara görə Aİ və ABŞ Ermənistana milyonlarla dollar yardım ayırıb. Bundan başqa, fərqli adlar altında regiona hərbi kontingent gətirmək istəyir. Bu, rəsmi Bakını narahat edir.

Ermənistanın silahlanması, xüsusilə son texnologiya silahlar ilə təchiz edilməsi rəsmi İrəvanı cəsarətləndirə, regionda hərbi gərginliyi artıra bilər. Bu isə sülh prosesinin dayanması deməkdir.

Hesab edirəm, Aİ və ABŞ-ın sərgilədiyi mövqe xüsusilə Brüssel görüşü sonrası Qərbin sülh istiqamətində vasitəçiliyi iflasa uğrayacaq. Rəsmi Bakı Qərb platformalarında keçirilən görüşlər daha məsafəli yanaşacaq”.

Turan Rzayev
Globalinfo.az