“Sülh müqaviləsinin bağlanması üçün Ermənistan…” – VİDEO

“Sülh müqaviləsinin bağlanması üçün Ermənistan...” - VİDEO

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi sözsüz ki, bağlanacaq. Amma bu müqavilənin bağlanması üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.”

Globalinfo.az bildirir ki, bu fikirləri Baku TV-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili əlavə edib ki, bu müqavilənin bağlanması üçün Ermənistan Konstitusiyası dəyişməlidir.

“Bundan əlavə Ermənistan Azərbaycanlılar öz ata- baba yurdlarına qayıtması üçün zəmanət verməlidir. Ermənistan əsas şərtləri yerinə yetirsə sülh müqaviləsi bağlanacaq” -deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda: