“Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan italiyalı həmkarı Antonio Tajani ilə görüşdə deyib.
O bildirib ki, Ermənistanın qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi mövcuddur və bu, İrəvanın müqavilə layihəsi ilə bağlı təqdim etdiyi sonuncu təklifin məqsədi olub.
Mirzoyan əlavə edib ki, Ermənistan regionda sabitliyin təmin olunmasına, ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinə, sərhədlərin toxunulmazlığı prinsiplərinə əməl etməyə hazırdır.
Müşviq Tofiqoğlu,
Globalinfo.az














