Süleyman Soylu ilə Kılıçdaroğlu arasında narkotik mübahisəsi: “Sübut etməyən şərəfsizdir”

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun daha öncə “narkotiklə mübarizə haqda danışarkən təkrar edirəm, təhlükəsizlik qüvvələrimizə təkrar təlimat verirəm. Narkotik satıcısını tapdığınız an ayaqlarını qırın” deməsi müzakirələrə səbəb olub.

Globalinfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu məsələ AKP-nin iclasında DİN rəhbərinin iştirakı ilə yenidən müzakirəyə çıxarılıb.

Çıxışı zamanı Soylu, həmçinin CHP lideri Kamal Kılıçdaroğlunun “Türkiyə cari defisiti bağlamaq üçün narkotik ticarəti edir” sözlərinə belə cavab verib: “Türkiyə cari defisiti bağlamaq üçün narkotik ticarəti edir. Bu, bu zalda kimin ağlına gəlir. Çirkli pulu yuyan şərəfsizdir, narkotik ticarəti edən şərəfsizdir, sübut etməyən Kılıçdaroğlu da şərəfsizdir!”

Onun bu sözləri iclas iştirakçılarını özündən çıxarıb, tərəflər arasında mübahisə düşüb.

CHP-li deputat Ali Mahir Başarır Soylunun sözlərinə sərt reaksiya verib. O, tviter hesabında bunları yazıb: “Narkobaronlarla şəkil çəkdirənlərin üzünə tüpürün! Üzünə tüpürün! Üzünə tüpürün!”.

Digər CHP-li millət vəkili Murat Emir isə daxili işlər nazirinin ünvanına bunları yazıb: “Şəkil çəkdirmədiyin narkobaron qalmayıb, Hüquq-mühafizə orqanlarına “tutduğun cinayətkarı prokurora təhvil ver” demək əvəzinə, “cinayət işlə” deyirsən. Öz günahını ağlında basdıracaq…”