FotoJet 2023 02 09T200911.810

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalına gedib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, nazir hospitalda yaradılmış şəraitlə tanış olub.

FHN-in Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov Süleyman Soyluya şəraitlə bağlı məlumat verib. Süleyman Soylu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin tibb personalına təşəkkür edib:

“Bu, Azərbaycanın bizə verdiyi dəstəyə görə çox qiymətlidir. Həm insanımıza kömək edirsiz, həm də birlikdə çalışırıq. Allah sizdən razı olsun, minnətdaram. Qardaşın qardaşa borcu olmaz”, – Süleyman Soylu FHN-in Mobil səhra hospitalına gələrkən bildirib.

Paylaş: