Sudanda məscid PUA ilə vuruldu: 78 nəfər öldü

Sudanda məscid PUA ilə vuruldu: 78 nəfər öldü

Sudanın Əl-Faşir şəhərində məscidə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində ölənlərin sayı 78-ə çatıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisədə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri günahlandırılır, lakin qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Çevik Dəstək Qüvvələri və Sudanın nizami ordusu artıq iki ildən çoxdur vətəndaş müharibəsi aparır.

Mənbələr 78 nəfərin öldüyünü və təxminən 20 nəfərin yaralandığını bildirib.

Qeyd edilib ki, dağıntılar altından meyitlərin çıxarılması prosesi davam edir.