Şənbə günü Sudanın Xartum əyalətinin Omdurman şəhərindəki bazara artilleriya hücumu nəticəsində azı 61 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
***
Sudanda bazara silahlı hücum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Omdurman şəhərində həyata keçirilən hücum zamanı 54 nəfər ölüb, 158 nəfər yaralanıb. Hadisənin Çevik Dəstək Qüvvələri tərəfindən törədildiyi bildirilir.
Qeyd edək ki, Sudanda ordu və Çevik Dəstək Qüvvələri arasında müharibə 2023-cü ildən başlayıb. Davam edən münaqişə on minlərlə insanın ölümünə səbəb olub, milyonlarla insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Əliyar Xəlil
Globalinfo.az














