Ilhame Quliyeva 1131

İlhamə Quliyeva canlı oxumağı sevirdi, fonoqramı qətiyyən bəyənmirdi.

Globalinfo.az xəbər verir ki, bu sözləri Xalq artisti, bəstəkar Faiq Sücəddinov “Yeni sabah”a müsahibəsində deyib.

O, İlhamə Quliyevanın son günlərdə ağır şeylər yaşadığını bildirib:

“Ölümündən bir müddət əvvəl mənə zəng vurdu, dedi ki, ATV-də yeni bir veriliş açıblar, tort hazırlatmışam, xahiş edirəm sən də gəl. Mən getmək istəmədim, cavab verdim ki, verilişlərə qatılmıram. Amma sonra razılaşdım. Orada görüşəndə gözümə yaxşı dəymədi, bildirdim ki, sənə nə isə olub. Cavabında söylədi ki, narahat olma, boş ver. İlhamə xanım çox pozitiv adam idi. Əgər onun başına gələn mənim başıma gəlsəydi, fikirdən ürəyim partlayardı. Həmin verilişdə dedi ki, canlı oxuyacağam. Baba Vəziroğlu da orada idi, ona kömək göstərdi, qalxdı və canlı ifa etdi. Həmin verilişdən 3 gün sonra mənə zəng vurub dedi ki, Faiq, gəl işləyək. Mən bilirdim ki, artıq vəziyyət nə yerdədir. Elə üç gün sonra da vəfat etdi. Yeri çox görünür. İlhamə musiqini, sənətini çox sevirdi”.

Paylaş: