Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici diqqətçəkən açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, o, evliliyin təşviq edilməli olduğunu vurğulayıb.
“Çox radikal bir şey deyəcəyəm. İşə götürərkən evli olanlara üstünlük verilməlidir. Subayları işə götürməyin! Çünki biz millətimizi yaşatmalıyıq. Gənclərimizi uşaq sahibi olmağa təşviq etməliyik. Evli olanlar üçün yardımlar, faizsiz kreditlər var, amma daha konkret addımların atılmasına ehtiyac olduğuna inanırıq. Əhali millətin ən böyük sərvətidir” – deyə o bildirib.
Günel Cəlil
Globalinfo.az