1712855652 alexander stubb 900x600 1

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynadakı sülh müqaviləsi ilə bağlı fikrini dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Clash Report” telegram kanalı məlumat yayıb.

Ölkə başçısı uzun müddətdir münaqişənin bitməsi istiqamətində nikbin olduğunu vurğulayıb.

“Amma indi vəziyyət fərqlidir. Artıq sülh danışıqları klassik bir rus gecikdirmə taktikası oldu”, – deyə Stubb bildirib.

Finlandiya Prezidenti əlavə edib ki, Ukraynanın ən etibarlı təhlükəsizlik qarantiyası 800.000 yaxşı silahlanmış əsgərdən ibarət ordusudur:

“Avropalılar başa düşməlidirlər ki, Ukrayna daha çox onlara lazımdır”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: