“Strep A” dəhşəti – Ölən uşaqların sayı 7-yə çatdı

"Strep A" dəhşəti - Ölən uşaqların sayı 7-yə çatdı

İngiltərədə 7 uşaq “Strep A” adlı bakterial infeksiyasından dünyasını dəyişib.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) sentyabr ayından bu yana ölkədə 5-i 10 yaşdan kiçik olmaqla 7 uşağın Strep A infeksiyası səbəbindən öldüyünü təsdiqləyib.

Belə ki, “Strep A”dan 12 yaşlı uşağın ölümü ilə son üç ayda xəstəliyin səbəb olduğu uşaq ölümlərinin ümumi sayı 7-yə yüksəlib.

UKHSA ailələri infeksiyaya qarşı diqqətli olmaları mövzusunda xəbərdar edib. Mütəxəssislər qeyd ediblər ki, “Strep A” infeksiyalarının  şiddətlənməsi COVID-19 epidemiyasından sonra immunitetin azalması ilə bağlı ola bilər.

Qeyd edilib ki, bu günə qədər Şotlandiyada “Strep A” 8 ağır yoluxma halı olub, lakin bununla bağlı ölüm baş verməyib.