Stoltenberq və Kuleba cəbhədəki vəziyyəti müzakirə etdi

Stoltenberq və Kuleba cəbhədəki vəziyyəti müzakirə etdi
Press conference with NATO Secretary General Jens Stoltenberg and the Minister of Foreign Affairs of Ukraine, Dmytro Kuleba

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Kuleba tviterdə bildirib.

“Telefon danışığı zamanı mən NATO Baş katibi Stoltenberqə 2022-ci ildə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür etdim və bu dəstəyi davam etdirməyə çağırdım. Biz həmçinin Vilnüsdə keçiriləcək sammitə hazırlığı müzakirə etdik. Mən Baş katibi cəbhədəki son vəziyyətlə bağlı məlumatlandırdım və Ukraynanı Qərb istehsalı tanklarla təmin etməyin vacibliyini vurğuladım”, – Kuleba deyib.