Stoltenberq Cənubi Qafqaza gəlir: NATO Baş katibi Əliyevlə görüşəcək

NATO-nun Baş katibi Yens Stoltenberq  17-19 mart tarixlərində Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 17-də Stoltenberq Bakıda olacaq və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Ertəsi gün Stoltenberq Tbilisiyə gedəcək və orada Gürcüstan prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirəcək.

Martın 19-da isə Stoltenberqin İrəvana səfəri gerçəkləşəcək. O, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanla görüşəcək.

Əliyar Xəlil
Globalinfo.az