Rusiya Prezidenti Vladimir Putin Nijni Novqorod vilayətində yerləşən qapalı Sarov şəhərinə gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xatırladaq ki, Putin Sarova sonuncu dəfə 2023-cü ilin sentyabrında gedib.
Qeyd edək ki, şəhərdə Rusiya Federal Nüvə Mərkəzi – Rosatomun Ümumrusiya Tədqiqat Eksperimental Fizika İnstitutu (RFNC-VNIIEF), həmçinin Lomonosov adına Moskva Dövlət Universitetinin tədris klasteri yerləşir.