tramphy qnnadatel e irani vera n363510 1

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın baş nazir postuna əsas namizəd sayılan Andi Burnham haqda tənqidi fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki,  bu barədə “Bloomberg” məlumat yayıb.

“Onu tanımıram. Bildiyim qədərilə şəhər merlərindən biri olub. Eşitmişəm ki, o, son dərəcə liberaldır. Bu isə o deməkdir ki, yəqin, Şimal dənizini enerji hasilatı üçün açmayacaq”, – Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüş zamanı bildirib.

ABŞ lideri həmçinin istefa verən Böyük Britaniya Baş naziri Kir Starmer ilə enerji siyasəti, miqrasiya və cinayətkarlıq kimi məsələlərdə tez-tez fikir ayrılığı yaşadığını qeyd edib.

Trampın sözlərinə görə, o, Starmeri dəfələrlə xəbərdar edib ki, bu siyasət onu vəzifəsindən uzaqlaşdıra bilər və nəticədə bu baş verib.

Qeyd edək ki, iyunun 22-də Starmer baş nazir vəzifəsindən istefa verdiyini elan edib. Hazırda Burnhamın iyulun ortalarına qədər onun yerinə keçə biləcəyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: