Stalinin qohumu Moskvada ölü tapıldı

SSRİ lideri iosif Stalinin qohumu Leonid Alliluyev 94 yaşında Moskvada vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, L. Alliluyevin meyiti dekabrın 20-də Kotelniçeskaya sahilindəki mənzildə tapılıb.

Məlumata görə, onun ölümü təbii səbəblərdən olub.

Qeyd edək ki, Leonid Alliluyev Stalinin ikinci həyat yoldaşı Nadejda Alliluyevanın bacısı oğlu və İkinci Dünya müharibəsi iştirakçısıdır.

Əliyar Xəlil
Globalinfo.az