SSRİ-yə ilk Qarabağ müraciəti: münaqişəni başladanlar – FOTOLAR/SƏNƏD

SSRİ-yə ilk Qarabağ müraciəti: münaqişəni başladanlar - FOTOLAR/SƏNƏD

Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı SSRİ rəhbərliyinə ünvanlanan ilk müraciətin mətni yayılıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Hakob Çaqaryan çıxış edib.

H.Çaqaryan arxiv məktub fotoları yayımlayaraq bunların “Qarabağ məsələsinin qaldırılması üçün göndərilən ilk müraciət” olduğunu deyib.

“Rafael Qazaryan və Paruyur Sevakın 1960-cı illərdə SSRİ-də Qarabağ məsələsini qaldıran ilk ermənilər olduğundan az insanın xəbəri var. Tanınmış alim, “Qarabağ komitəsi”nin üzvü Rafael Qazaryan, erməni filoloq Paruyur Sevak, rəssam Sargis Muradyan, dilçi Varaq Arakelyan dövrün SSRİ rəhbərliyinə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müraciət ünvanladılar. Bu, SSRİ rəhbərliyinə ilk rəsmi müraciət layihəsidir”, – Çaqaryan bildirib.

Qeyd edək ki, 1964-cü ildə də erməni siyasətçi Anastan Mikoyan və Ermənistan SSR rəhbərliyi “Dağlıq Qarabağla” bağlı Kremlə müraciət ediblər. Həmin dövrdə SSRİ rəhbəri Nikita Xruşşov isə onlara belə cavab verib:

“Dağlıq Qarabağ erməniləri Ermənistanla birləşmək istəyirlərsə, mən bir gün ərzində 12 min hərbi yük maşını verməyə hazıram. DQMV erməniləri həmin maşınlara minsinlər və gedib Ermənistanla birləşsinlər”.

SSRİ-yə ilk Qarabağ müraciəti: münaqişəni başladanlar - FOTOLAR/SƏNƏD SSRİ-yə ilk Qarabağ müraciəti: münaqişəni başladanlar - FOTOLAR/SƏNƏD SSRİ-yə ilk Qarabağ müraciəti: münaqişəni başladanlar - FOTOLAR/SƏNƏD

Ayşən Mustafa
Globalinfo.az