“SSRİ sivil dünyanın bir hissəsi olmaq və Qərblə daha sıx əlaqələr qurmaq istəyinə görə dağıldı”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Sovet İttifaqı mövcud olduqdan sonra Qərb dövlətləri Rusiyanın maraqlarını nəzərə almayıb. Onlar qərara gəliblər ki, yeni şəraitdə keçmiş gücünü itirmiş Moskva ilə bağlı əvvəlki razılaşmalara riayət etməyə ehtiyac yoxdur. SSRİ dağılandan sonra Qərb dövlətləri Rusiyanı öz maraqlarına uyğun dəyişməyə çalışdılar. Sonradan Rusiya rəhbərliyi belə qənaətə gəldi ki, milli maraqları müstəqil şəkildə qorumaq lazımdır”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az














