SSRİ 1991-ci ildə dağılmayıb – Amerikalı politoloqdan maraqlı iddia

SSRİ 1991-ci ildə dağılmayıb – Amerikalı politoloqdan maraqlı iddia

“SSRİ 1991-ci ildə dağılmayıb, bu gün dağılır”.

Globalinfo.az xəbər verir ki, bunu Hudson İnstitutunun baş elmi işçisi, politoloq Lük Koffi Rusiyanın hazırkı proseslərdə vəziyyətini dəyərləndirərkən qeyd edib.

“Tarixin zamanı sıxlaşdırmaq kimi bir qabiliyyəti var. Bundan 200 il sonra tarixçilər SSRİ-nin dağılması haqqında yazarkən Rusiyanın 2022-ci ildə Ukraynaya hücumunu prosesin kilid nöqtəsi kimi qeyd edəcəklər. Hətta son nöqtəsi də ola bilər”, – politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az