Həmin şəxslərlə bağlı qərar verildi – “Sputnik Azərbaycan” işi

Həmin şəxslərlə bağlı qərar verildi - "Sputnik Azərbaycan" işi

Məhkəmə “Sputnik Azərbaycan” İnformasiya Agentiliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar 4 ay müddətə həbs olunublar.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, “Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

***17:54

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məhkəmə keçirilir.

Globalinfo.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların barəsində qətimkan tədbirinin seçilməsi haqqında təqdimatlara baxılır.

***17:16

“Sputnik Azərbaycan“da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

Globalinfo.az “Report”a istinadən bildirir ki, sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirib ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onun sözlərinə görə, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, “Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.