Sverdlovsk Vilayət Məhkəməsi 44 nəfərin saxta spirtlə zəhərlənməsi işi üzrə birinci instansiya məhkəməsinin altı müttəhimə verdiyi hökmləri sərtləşdirib.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, hakim qaçaqmalçılıqla məşğul olan Ədalət Qurbanov və Artem Çabanı 10 il, Mikayıl Nəzərovu 9 il 6 ay, Nadir Məmmədovu 9 il 5 ay, Armen Avetisyanı 9 il 4 ay, Zaur Cabbarovu isə 9 il müddətinə azadlıqdan məhrum edib.
Avqustda Yekaterinburq rayon məhkəməsi onları 5,5 ildən 6,5 ilədək müddətə koloniyaya göndərib. Metil spirti zəhərlənməsi işi üzrə digər təqsirləndirilən şəxs şərti cəza alıb. Cinayətkar qrupun 2020-ci ildən təhlükəli spirtli içki satışı ilə məşğul olduğu müəyyən edilib. 2021-ci ilin sentyabr ayında 44 nəfər bu məhsullardan zəhərlənərək ölüb.