soyqu

“NATO-nun Baş katibi Mark Rutte Rusiya Prezidenti Vladimir Putinin bəyanatlarına məhəl qoymadığını deməsi inandırıcı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, avropalı siyasətçilər təkcə diplomatik bacarıqların olmaması ilə deyil, həm də nəzakətsizlikləri ilə xarakterizə olunur.

“Ağlabatan sual yaranır: yoldaş Rutte Rusiya prezidentinin çıxışlarına diqqət yetirmirsə, o zaman niyə bu qədər həvəslə onları şərh edir?”, – deyə Şoyqu əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Rutte Putinin çıxışlarını dinləmədiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: