zelenski

“Ukrayna hərbçiləri Rusiya ordusunda döyüşmüş iki Çin vətəndaşını əsir götürüblər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, hərbçilər Donetsk vilayətinin ərazisində ələ keçirilib:

“Kiyevdə bu məhbusların sənədləri, bank kartları və şəxsi məlumatları var. İşğalçının bölmələrində ikidən çox belə Çin vətəndaşının olması barədə bilgilər də mövcuddur. Hazırda bütün faktları dəqiqləşdiririk”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: