1676958193 ukrayna 55

Rusiya ABŞ-a Ukraynadakı müharibənin həlli ilə bağlı yeni və fərqli yanaşma təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı deyib.

O bildirib ki, təklif ABŞ prezidenti Donald Trampa çatdırılacaq.

Rubio bu yanaşmanın konkret nədən ibarət olduğunu açıqlamayıb.

“Mən bunu sülhün təminatı adlandırmazdım. Lakin bu, hazırda prezidentə çatdıracağım yeni konsepsiyadır”, – ABŞ dövlət katibi vurğulayıb.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio Malayziyada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirib. Rubionun sözlərinə görə, Tramp Rusiyanın Ukraynaya qarşı müharibəyə son qoymaq üçün lazım olan çevikliyi nümayiş etdirməməsindən məyusdur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: