“Rusiya ilə Avropa ölkələri arasında əlaqələrin bərpası perspektivləri var”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Kommersant”a müsahibəsində deyib.
“Brüsselin Moskva ilə qeyd-şərtsiz qarşıdurma kursunun düzgünlüyünü şübhə altına alan avropalıların sayı artır. Avropa İttifaqı (Aİ) “Rusiya təhlükəsi” bəhanəsi ilə öz vətəndaşlarının maraqlarına məhəl qoymursa və onların rifahını pisləşdirirsə, Kremllə qarşılıqlı əməkdaşlıq çətin olacaq”, – bildirib.
Şoyqu qeyd edib ki, ölkəsi Avropa ilə bərabərhüquqlu dialoqa hazırdır:
“Hansı taktikanı seçəcəkləri onların işidir. Lakin mən böyük rus sərkərdəsi Suvorovun sözlərini xatırlatmaq istərdim: “Rus imanı, sədaqəti və ağlı ilə seçilir. Avropa Rusiyaya doğru hərəkət edərsə, orada öz məzarını tapacaq”.
Əliyar Xəlil
Globalinfo.az














