Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Avropanı Moskva ilə hərbi qarşıdurmaya girməməyə çağıraraq məşhur rus sərkərdəsi Aleksandr Suvorovun sözlərini sitat gətirib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Kommersant” nəşri yayıb.
Şoyqu bildirib ki, Rusiya Avropa ilə bərabərhüquqlu dialoqa hazırdır, lakin qərarı Avropa ölkələrinin özlərinin verməli olduğunu qeyd edib. Bu kontekstdə o, Suvorovun belə bir ifadəsini xatırladıb:
“Rus imanı sədaqəti və ağlı ilə seçilir. Əbəs yerə bütün Avropa Rusiyaya qarşı hərəkətə keçəcək. orada Termopil, Leonidas və öz məzarını tapacaqlar”.
Tahir Turan














