ABŞ müdafiə naziri Lloyd Ostinin rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığının detalları açıqlanıb.
Globalinfo.az xəbər verir ki, Pentaqon və ABŞ Müdafiə Nazirliyi telefon danışığı barədə məlumat yayıb.
Nazirlər Amerika PUA-sının Qara dənizə düşməsi ilə bağlı insidenti müzakirə ediblər. Pentaqon Rusiya qırıcılarının uçuşunu qeyri-peşəkar, təhlükəli və ehtiyatsız adlandırıb. Ostin vurğulayıb ki, Birləşmiş Ştatlar beynəlxalq qanunların icazə verdiyi yerdə uçmağa və hərəkət etməyə davam edəcək.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Şoyqu hadisənin səbəbinin Amerikanın Rusiya Federasiyasının elan etdiyi uçuşa qadağa zonasına əməl etməməsi olduğunu bildirib. Şoyqu qeyd edib ki, ABŞ-ın pilotsuz uçuş aparatının Krım sahillərində uçuşları təxribat xarakterlidir və vəziyyətin gərginləşməsi üçün ilkin şərtlər yaradır. Rusiyalı nazir vurğulayıb ki, Rusiya ABŞ-ın pilotsuz uçuş aparatlarının Rusiya Federasiyasının sərhədləri yaxınlığında uçuşu kimi bütün təxribatlara cavab verməyə davam edəcək.
***
Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu haqda “Gazeta.ru” məlumat yayıb.
Bildirilib ki, danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə aparılıb.














