Sonuncu dəfə sovetin “zibil” qatarı ilə getmişdim, indi isə… – Aqil Abbas

Sonuncu dəfə sovetin "zibil" qatarı ilə getmişdim, indi isə... - Aqil Abbas

Xəbər verdiyimiz kimi, avqustun 30-da 32 ildən sonra Bakıdan Ağdama ilk sürət qatarı yola düşüb. TədbirAzərbaycan Dəmir Yolları” QSC-nin Ağdama mediaturu çərçivəsində baş tutub.

Səfərdə Ağdamın bir sıra tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsinin iştirakçıları, deputatlar, media nümayəndələri və sərnişinlər də iştirak edir.

Globalinfo.az xəbər verir ki, səfərdə Milli Məclisin deputatı, əslən ağdamlı Aqil Abbas da iştirak edir. A.Abbas səfər təəssüratı haqda jurnalistlərə bunları deyib:

“Sonuncu dəfə 1985-ci ildə Ağdama sovetin “zibil”, köhnə qatarıyla getmişdim. Sonra isə maşınla gedib-gəlirdim. Çox xoş bir duyğudur. Gözəl bir kollektivlə yola çıxmaq isə bir başqa sevincdir”.

Safura Bənnayeva
Globalinfo.az