“Son zəng”i qeyd edən məzunlar qəza etdi: ölüm baş verib? – DİN-dən açıqlama / Video

“Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib.

Globalinfo.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Hörmətli xəbər-informasiya adminləri, sosial şəbəkə seqmentlərində yayılan hər informasiya doğru deyil. Dəqiqləşdirməyi tövsiyə edirik. DİN-in mətbuatı xidməti 7/24 rejimdə fəaliyyət göstərir.

“Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib. Bütün ölkə üzrə DİN əməkdaşları – yol polisi, post-patrul xidməti və digər xidmət əməkdaşları gərgin rejimdə çalışıblar.

Bütün məzunları bu gün münasibətilə təbrik”, – E.Hacıyev qeyd edib.

***

“Son zəng”i qeyd edən məzunlar qəzaya uğrayıblar.

Globalinfo.az-ın Baku.tv-yə istinadən məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan məzunun həlak olduğu qeyd edilir.

Hadisə yerindən olan görüntüləri təqdim edirik: