Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Globalinfo.az report-a istinadən xəbər verir ki, xəsarət alanlar Sumqayıt şəhər sakinləridir.
Xəsarət alanlar 2004-2018-ci il təvəllüdlü şəxslərdir:
2004-cü il təvəllüdlü Məmmədzadə Fatimə Telman qızı,
2006-cı il təvəllüdlü İsgəndərli Fatimə Camal qızı,
2015-ci il təvəllüdlü Bayramlı Nailə Saleh qızı,
2018-ci il təvəllüdlü Qasımov Aylin Rahid qızı,
2015-ci il təvəllüdlü Hüseynzadə İsa Taleh oğlu,
2014-cü il təvəllüdlü Təhməzli Ömər Rəşad oğlu,
2016-cı il təvəllüdlü Əliyeva Ayla Roman qızı,
2009-cu il təvəllüdlü Orucov Nicat Vüqar oğlu,
2013-cü il təvəllüdlü Əsədli Duyğu Nəriman qızı,
2013-cü il təvəllüdlü Həsənli Yusif Niyazi oğlu,
2008-ci il təvəllüdlü Məmmədova Aylin Ramin qızı xəsarət alıb.
*** 23:57
Sumqayıt şəhərində bayram tonqalında baş verən partlayış nəticəsində 11 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, hadisə martın 21-də saat 21:10 radələrində şəhərin 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində qeydə alınıb.
Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Zərərçəkənlərdən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına yerləşdirilib. Ümumilikdə 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə tüstüdən zəhərlənmə diaqnozu ilə tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
***22:57
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.
FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***22:21
Sumqayıt şəhərində bayram şənliyi faciə ilə nəticələnib. Novruz bayramı münasibətilə təşkil olunan mərasimdə qəfildən baş verən güclü partlayış ərazidə böyük təşvişə səbəb olub.
Globalinfo.az KONKRET.az-a istinadla xəbər verir ki, hadisə şəhərin 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində, sakinlərin bayram tonqalı ətrafına toplandığı vaxt qeydə alınıb. Şahidlərin sözlərinə görə, tonqal alovlanan zaman daxildə naməlum kütlənin partlaması nəticəsində alov və qəlpələr ətrafa yayılıb.
Hadisə nəticəsində tonqal ətrafında olan sakinlərdən bir neçəsinin xəsarət aldığı bildirilir. Yaralılar dərhal əraziyə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti və xəsarətlərinin dərəcəsi barədə hələlik rəsmi məlumat verilməyib.
Faktla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə briqadaları, polis əməkdaşları cəlb olunub. Partlayışın dəqiq səbəbləri və tonqala hər hansı partlayıcı maddənin atılıb-atılmadığı araşdırılır.