Goranboyda minik maşını mikroavtobusla toqquşub, xəsarət alan var – FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APAZ-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəlməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı minik maşını ilə “Mersedes-Vito” markalı mikroavtobus toqquşub.

Qəza zamanı 1983-cü il təvəllüdlü Vüsal Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.