SON DƏQİQƏ! Ərdoğanın seçkidəki rəqibi bəlli oldu – “Altılı masa”dan QƏRAR / VİDEO

Mayın 14-ü keçiriləcək prezident seçkilərinə “Altılı Masa”nın vahid namizədi Kemal Kılıçdaroğlu elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə qərar bu gün “altılı masa”nın keçirilən iclasında alınıb.

İclasdan sonra Kılıçdaroğlu üzvləri arasında çıxış edib.

O çıxışında bildirib ki, prezident seçilərsə, İstanbul və Ankara bələdiyyəsi sədrləri Prezident köməkçiləri olacaq.