Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyulun 21-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşün vaxtı dəyişdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında Baş nazir Nikol Paşinyan danışıb.
O qeyd edib ki, üçtərəfli görüş iyulun 15-də keçiriləcək.
Paşinyan sülhlə bağlı məsələdə irəliyə doğru addım atılmasına ümidvar olduğunu bildirib.
Xatırladaq ki, ötən gün 21 iyulda nəzərdə tutulan görüşün qabağa çəkilə biləcəyi haqda məlumat yayılmışdı.
Ayşən Mustafa
Globalinfo.az














