SON DƏQİQƏ: Bayden seçkilərdən geri çəkildi – FOTO

SON DƏQİQƏ: Bayden seçkilərdən geri çəkildi - FOTO

ABŞ Prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə o öz “X” hesabında paylaşım edib.

Bayden seçkiqabağı yarışdan çıxmasına baxmayaraq, müddətinin sonuna qədər prezident olaraq qalacağını bildirib.

Qeyd edək ki, Co Baydenin son olaraq COVİD-19-a yoluxduğu açıqlandı. Bir müddətdir onun seçki yarışından geri çəkiləcəyi iddia olunurdu. Əsas namizəd olaraq qəbul edilən Donald Trampla debatdan sonra Baydenin reytinqinin sürətlə düşdüyü, seçki kompaniyasının sponsorlarının artıq onu dəstəkləmək istəmədiyi deyilirdi.

Ayşən Mustafa
Globalinfo.az