SON DƏQİQƏ: ABŞ Suriyanı bombaladı

ABŞ Suriyaya zərbələr endirməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, İraqla sərhəddə yerləşən Deyr əz-Zor əyalətinin şərqindəki Əbu Kamal şəhərinin ətrafı  bombalanıb.

Zərbələrin İordaniyadakı ABŞ hərbi obyektinə hücuma cavab olaraq endirildiyi bildirilir.

Bu arada “Əl Ərəbiyyə” telekanalı Suriya-İraq sərhədində Əl-Qaim keçid məntəqəsi yaxınlığında partlayışların baş verdiyini açıqlayıb.

Əliyar Xəlil,

Globalinfo.az