Son 3 ildə minaya düşən azərbaycanlıların sayı -XİN

Son 3 ildə minaya düşən azərbaycanlıların sayı -XİN

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir.

Globalinfo.az xəbər verir ki, bu sözlər Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində yer alıb.

Bu gün Azərbaycanın daha bir hərbi qulluqçusu mina partlaması nəticəsində həlak olduğu bildirilib:

“2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir”.