Son 11 ay ərzində Azərbaycana neçə turist gəlib?

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanı 1.893.679 turist ziyarət edib.

Bu barədə Globalinfo.az-a Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyindən məlumat verilib.

Agentlikdən verilən məlumata görə, bu rəqəm ötən illə müqaisədə 30 faiz artıb.

Ölkəmizi gələn turistlər ən çox Rusiya, Türkiyə, İran, Hindistan və Gürcüstandandır.

Zaira Akifqızı
Globalinfo.az