Belqorod raketlərlə vuruldu: ölənlər var – VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin mərkəzinə raket zərbələri endirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Hücum nəticəsində bir alış-veriş mərkəzi və ərzaq mağazasına ciddi ziyan dəyib.

Nəticədə 5 nəfərin öldüyü, 19 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, ölənlər arasında azyaşlılar da var.