Paşinyan unudur ki, 2021-ci ildə biz buna hazır idik – Lavrov

“Ermənistan hakimiyyəti Rusiya ilə münasibətləri bilərəkdən korlayır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, İrəvanın siyasi kursu Gümrüdəki 102-ci hərbi bazaya, Rusiya hərbçilərinə və sərhədçilərinə, eləcə də bütövlükdə KTMT-yə münasibətdə özünü göstərir. Eyni zamanda Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir.

“İrəvan KTMT-nin dəfələrlə çətin vəziyyətlərdə Ermənistanın maraqlarını müdafiə etdiyini və 2021-ci ildə bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olduğunu xatırlamaq istəmir. Son bir neçə ilin həqiqətləri Paşinyan, onun əməkdaşları və Ermənistan parlamentinin rəhbərliyi tərəfindən təhrif edilib”, – Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri son aylar Ermənistan-Rusiya münasibətlərinin ardıcıl pisləşdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistanın KTMT təlimlərində iştirak etməməsi, təşkilatın baş katibinin müavininin kvotasından imtinası münasibətləri daha da pisləşdirib. Bütün bunlar isə qarşılıqlı ittihamlar və diplomatik notlarla müşayiət olunub.

Əliyar Xəlil
Globalinfo.az