Ərdoğan Şoltsu qəbul etdi

Ərdoğan Şoltsu qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsu qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, görüş mediaya qapalı keçirilir.

***10:04

Almaniya Kansleri Olaf Şolts İstanbula rəsmi səfər edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Tərəflərin ikitərəfli münasibətlər, eləcə də dünyada hazırda gündəmdə olan mövzuları müzakirə edəcəyi gözlənilir.

Görüşdən sonra birgə mətbuat konfransı baş tutacaq.